“Samsung” iki ekranlı smartfon yaradır


Digərləri 16 Dek 2017 08:45:00 271 0

“Samsung” iki ekranlı smartfon yaradır

Cənubi Koreyanın innovativ texnika istehsalçısı "Samsung" şirkəti yaxın gələcəkdə iki ekrana malik yeni smartfonunun kütləvi istehsalına başlayacaq.

Son.az lent.az-a istinadən bildirir ki, şirkət rəsmi olaraq istər ön, istərsə də arxa tərəfində ekranı olan mobil cihazı patentləşdirib.

Qeyd edilir ki, cihaz ön tərəfdən çərçivəli korpus və bir əyilmiş tərəflə təchiz ediləcək. Cihazın arxa tərəfinə gəldikdə isə, onun bir tərəfini ekran tutacaq. Həmçinin ön və əsas kameranın harada yerləşəcəyi yerlər naməlum qalır. Çünki smartfonunun çertyojlarında onlar yoxdur.