Facebookda xəbər lenti sağlamlığa ziyan vura bilər


Digərləri 16 Dek 2017 08:30:00 251 0

Facebookda xəbər lenti sağlamlığa ziyan vura bilər

Sosial şəbəkənin tədqiqatçıları bu qənaətə gəliblər

"Facebook" tədqiqatçıları etiraf ediblər ki, xəbər lentinin gözdən keçirilməsi insana zərər vura bilər.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə şirkətin bloquna yerləşdirilən "Çətin sual: sosial şəbəkədə keçirilən vaxt bizə ziyan vura bilərmi" adlı məqalədə qeyd olunur. "Facebook" tədqiqatçıları Devid Qinzberq və Moyra Burke belə bir qənaətə gəliblər ki, xəbər lentinin passiv şəkildə vərəqlənməsi insanların psixi sağlamlığı üçün əlverişsiz ola bilər. "Ümumiyyətlə, əgər insanlar vaxtlarını passiv informasiya qəbul etməklə keçirirlərsə, onlar sonradan özlərini pis hiss edirlər", - deyə məqalədə bildirilir.