"Abşeron" gənclər şəhərciyində gənc oğlana 12 bıçaq zərbəsi vurulub


Sosial 16 Dek 2017 06:18:49 291 0

"Abşeron" gənclər şəhərciyində gənc oğlana 12 bıçaq zərbəsi vurulub

Hadisə mübahisə zəminində baş verib

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu "Abşeron" gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib.

Bu zamanı oğlana 12 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.