"Michael Kors" və "Jimmy Choo" təbii xəz geyimlərin istehsalından imtina edir


İqtisadiyyat 16 Dek 2017 06:08:42 297 0

"Michael Kors" və "Jimmy Choo" təbii xəz geyimlərin istehsalından imtina edir

Bu, sintetik materiallardan lüks xəz hazırlamağa imkan verən texnoloji tərəqqi sayəsində mümkün olacaq

"Michael Kors" moda evi və ona tabe olan "Jimmy Choo" şirkəti 2018-ci ilin sonunadək geyim və aksessuar istehsalında təbii xəzdən imtina edəcək.

“Report” xəbər verir ki, bunu "Michael Kors Holdings"in baş direktoru Con Aydol deyib.

"Bizim şirkətimiz "Michael Kors" və "Jimmy Choo" kolleksiyalarında daha heyvan xəzindən istifadə etməyəcək", — deyə o bildirib.

Öz növbəsində dizayner Maykl Kors qeyd edib ki, təbii xəzdən imtina sintetik materiallardan lüks xəz hazırlamağa imkan verən texnoloji tərəqqi sayəsində mümkün olacaq.

Bundan əvvəl "Armani" və "Gucci" dəb evləri istehsalatda təbii xəzdən imtina ediblər.