"Forbes" 2017-ci ilin ən gəlirli aktyorunu açıqlayıb


Digərləri 16 Dek 2017 02:58:39 189 0

"Forbes" 2017-ci ilin ən gəlirli aktyorunu açıqlayıb

Ceremi Renner reytinqin lideri olub

Amerikanın "Forbes" jurnalı kinostudiyalara ən çox gəlir gətirən Hollivud aktyorlarınınn siyahısını müəyyənləşdirib.

“Report” xəbər verir ki, reytinqin lideri "Çətin tapşırıq" və "İntiqamçılar" kimi filmlərdə oynadığı rollarla məşhurlaşan Ceremi Renner olub.

Aktyor ona sərf olunan hər 1 dollara görə, orta hesabla 93,80 dollar gəlir gətirir.

Siyahıda ikinci yeri "Gözəlçə və Bədheybət", həmçinin "Yer kürəsi" filmlərinə çəkilən Emma Vatson tutub.