Bu dərmanlar mədənizi deşə bilər


Digərləri 15 Dek 2017 23:54:00 281 0

Bu dərmanlar mədənizi deşə bilər

Qış aylarında soyuqdəymə, qrip və öskürək kimi hallar artdığı üçün bəzi dərmanların istifadəsi çoxalır. Amma mütəxəssislər bunun fəsadları olduğuna dair xəbərdarlıq edir.

Son.az ailem.az-a istinadən bildirir ki, türkiyəli həkim Orhan Sezgin qışda hər kəs tərəfindən çox istifadə olunan dərmanların səbəb olduğu problemlər barədə danışıb. O, bunun ciddi fəsadlar yaratdığını vurğulayıb: "Hava şərtlərinin dəyişməsi ilə əlaqədar müxtəlif xəstəliklər ortaya çıxır və bu səbəbdən insanlar həkim təyinatı olmadan dərman içməyə başlayırlar. Belə dərmanlardan birincisi ağrıkəsicilərdir. Bu ərəfədə sıxlıqla istifadə edilən ağrıkəsicilər mədə və bağırsağa zərər verə bilir.

Bundan başqa, yüksək hərarət olanda da insanlar müxtəlif qızdırmasalıcılardan istifadə edirlər. Bu dərmanlar da mədə-bağırsağa mənfi təsir edir. Hətta mədənin deşilməsinə belə gətirib çıxara bilər".