BVF: Azərbaycan sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edib


Digərləri 15 Dek 2017 23:24:00 322 0

BVF: Azərbaycan sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edib

Azərbaycan sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin 2017-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərşivəsində Azərbaycana səfərinin yekunlarına dair Fondun yaydığı məlumatda deyilir.

Missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir. Qeyd olunur ki, ölkədə sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilib. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir.