İki ay əvvəl qətlə yetirilən bərbərin obyekti qarət edilib VİDEO


Kriminal 15 Dek 2017 21:42:45 366 0

İki ay əvvəl qətlə yetirilən bərbərin obyekti qarət edilib  VİDEO

Evləri "soyan" şəxs tutulub.

Son.az bildirir ki, Cəlilabad rayon polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Əbülfəz Həziyevin evindən 3 min manat pul və mobil telefon oğurlayan rayon sakini Ənvər Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Araşdırma nəticəsində məlum olub ki, o, digər evlərdən də oğurluq edib. 

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Mingəçevirdə isə bərbərxana və çay evi qarət edilib. Hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Obyektlərə girən şəxs və ya şəxslər oradan kompüter, televizor, bərbər vasitələri və digər məişət avadanlıqları aparıblar. Sonra oğrular yaxınlıqda yerləşən mağazaya girməyə cəhd etsələr də, bu planları baş tutmayıb.