Azərbaycan Kuboku: "Qarabağ" mübarizəni 1/4 finalda dayandırdı


İdman 15 Dek 2017 21:04:00 253 0

Azərbaycan Kuboku: "Qarabağ" mübarizəni 1/4 finalda dayandırdı

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin son oyunu Sumqayıt şəhərində baş tutub. Goal.az xəbər verir ki, şəhərin eyniadlı komandası turnirin son qalibi "Qarabağ"ı qəbul edib. İlk oyunda 1:2 uduzan "Sumqayıt" evdə Ağdam klubunu 2 cavabsız qolla məğlub edərək sürpriz etməyi bacarıb.

15 dekabr (cümə)

19:00.“Sumqayıt” – “Qarabağ” - 2:0

Kamal Mirzəyev, 22, Amil Yunanov, 90

İlk oyun: 1:2

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Asim Xudiyev

Sumqayıt. “Kapital Bank Arena”