Vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək


Digərləri 15 Dek 2017 20:50:00 232 0

Vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ASAN xidmət"lə elektron hökumət sahəsində əməkdaşlığa başlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, əməkdaşlıq çərçivəsində "ASAN xidmət" mərkəzlərində xüsusi e-hökumət guşələrinin yaradılması nəzərdə tutulur. Burada kompüterlər qoyulacaq ki, onların köməyi ilə vətəndaşlara elektron xidmətlərdən istifadə qaydaları öyrədiləcək.