Məşhur prodüser Barbadosda ailəvi istirahətdə FOTO


Digərləri 15 Dek 2017 20:12:00 1010 0

Məşhur prodüser Barbadosda ailəvi istirahətdə  FOTO

Britaniyanın, habelə dünyanın ən məşhur TV prodüserlərindən olan Saymon Kouell ailəsi ilə birlikdə Barbadosda istirahətdədir.

Son.az The Sun-a istinadən bildirir ki, 58 yaşlı prodüser və onun xanımı, 40 yaşlı Loren Silverman çimərlikdə olarkən reportyorların kameralarından yayına bilməyiblər.

S.Kouell və L.Silverman 2013-cü ildən bəri qeyri-rəsmi nikahda yaşayırlar. Bu nikahda onların 3 yaşlı Erik adlı oğulları var.

Loren Silverman məşhur prodüserin ən yaxın dostu Endryu Silvermanın həyat yoldaşı idi. S.Koulleə aşiq olandan sonra o, ərindən boşanıb.

L.Silvermanın əvvəlki nikahdan 11 yaşlı Adam adlı oğlu var.