İş axtaranlar üçün XƏBƏR Bu sahədə xeyli sayda iş yeri yaradılacaq


Digərləri 15 Dek 2017 19:52:00 280 0

İş axtaranlar üçün XƏBƏR  Bu sahədə xeyli sayda iş yeri yaradılacaq

"Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi"ndə əks olunmuş tədbirlərin həyata keçirilməsi 2020-ci ilədək ölkə ÜDM-nin 235 milyon manat artrılmasına imkan verəcək.

Son.az Trend-ə istinadən bildirir ki,  bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, göstərilən dövrədək İKT sahəsində 1450 yeni iş yerinin yaradılması gözlənilir: "Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ölkəyə iri investisiyalar cəlb etməyə, bank və təhsil sahələrində yeni rəqəmsal texnologiyaların tətbiqinə və s. imkan verəcək".