Özbəkistan-Azərbaycan münasibətləri regionda sabitlik naminə inkişaf edəcək


Digərləri 15 Dek 2017 19:59:07 209 0

Özbəkistan-Azərbaycan münasibətləri regionda sabitlik naminə inkişaf edəcək

Özbəkistanla Azərbaycan arasındakı həqiqi dostluq və əməkdaşlıq münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiyada sülh, təhlükəsizlik və sabitlik, həm də hər iki ölkənin maraqları baxımından inkişaf edəcək.

Bakı. Özbəkistanla Azərbaycan arasındakı həqiqi dostluq və əməkdaşlıq münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiyada sülh, təhlükəsizlik və sabitlik, həm də hər iki ölkənin maraqları baxımından inkişaf edəcək. Trend-in məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev Özbəkistan Konstitusiyasının qəbulunun 25 illiyi münasibətilə keçirilən tədbirdə deyib. Səfir eyni zamanda qeyd edib ki, Özbəkistan əhalisi üçün Konstitusiya Günü tarixi, siyasi və sosial əhəmiyyətli ümummilli bayramdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin