Məktəblilər elmi-tədqiqatlara cəlb olunur


Digərləri 15 Dek 2017 19:36:40 217 0

Məktəblilər elmi-tədqiqatlara cəlb olunur

ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib. BŞTİ-dən Trend-ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbirdə idarənin müdiri Məhəbbət Vəliyeva, BANM-ın rektoru Elmar Qasımov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanmış məktəblərin komandaları və KİV nümayəndələri iştirak ediblər. Tədbirdən öncə şagirdlər ali məktəblə yaxından tanış olublar. Məktəblilərə BANM-ın fəaliyyəti və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Onlar universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir avadanlıq və cihazlarla əyani şəkildə tanış olmaq imkanı da qazanıblar.