Müdafiə Nazirliyindən Milli Məclisdə səslənən tənqidlərə


Digərləri 15 Dek 2017 18:27:00 272 0

Müdafiə Nazirliyindən Milli Məclisdə səslənən tənqidlərə

Müdafiə Nazirliyi Milli Məclisdə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanun layihəsinin növbəti oxunuşu zamanı orduya parlament və ya qeyri-hökumət təşkilatlarının nəzarət etməsi, eləcə də media nümayəndələrinin ordu haqqında yazılarına qadağa qoyulması ilə bağlı səslənən fikirlərə cavab verib.

Məsələ ilə bağlı Son.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildiriblər ki, il ərzində Milli Məclisin deputatları, rayon icra hakimiyyətləri, dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları və ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif səpkili 67 tədbir və layihə icra olunub.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə müxtəlif qurumlarla birgə ölkənin rayon və şəhərlərində 40-dan artıq hərbi-vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbir keçirilib.

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqlar üzrə Müvəkkili (Ombudsman) Aparatı, Hərbi Prokurorluq, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında imzalanmış iş planına uyğun olaraq hərbi hissələrə 15 dəfə səfərlər təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Bundan əlavə, 2017-ci ildə Hesablama Palatası tərəfindən Müdafiə Nazirliyinin müxtəlif fəaliyyət sahələri üzrə təfərrüatlı yoxlanılması da həyata keçirilib.