Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısı bu yolla alınacaq


Digərləri 15 Dek 2017 18:00:00 127 0

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısı bu yolla alınacaq

Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

Mənzil satışı zamanı bir çox problemlərin yarandığını deyən Ə.Hüseynli bu qanuna dəyişiklik bu problemlərin həllini nəzərdə tutur.

Qanun layihəsinə əsasən Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, o cümlədən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün tam yeni bir mexanizm yaradılacaq.

Layihə daşınmaz əmlaka sərəncam verilməsi və daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, notariusla daşınmaz əmlakın dövlət reyestri arasında əlaqələrin elektron informasiya sistemləri vasitəsilə daha çevik qurulması, eləcə də tikilməkdə olan (tikintisi başa çatmayan) binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı prosesinin tənzimlənməsi məqsədi ilə hazırlanıb.

Layihəyə əsasən yeni mexanizmin əsas hissəsi mənzillərin vətəndaşlara satılmasına qədər olan prosedurlardan ibarətdir.

Layihədə Mülki Məcəllənin 144-cü (Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi) maddəsinin 144.2-1-ci bəndi yeni redaksiyada verilir. Bəndə əsasən, sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə "Notariat haqqında" qanuna uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin edilməlidir.

144.3-cü bəndə görə notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

Mülki Məcəllənin 144.5-cü bəndi də yeni redaksiyada verilir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

Sənəddə qeyd olunub ki, Azərbaycanda tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməyəcək.

Layihəyə əsasən, bu zaman ödəmələr müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, bu Məcəlləyə əlavə edilmiş 770-1-ci maddədə nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Başqa sözlə, layihənin 770-1-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər:

- 770-1.1.1. Bu Məcəllənin 144-1.4-cü (Bölünmə planına əsasən, mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu məcəllənin 147-ci (Torpaq sahəsinə bağlı təminat qeydi) maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır) maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilibsə;

- 770-1.1.2. Daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılıbsa;

- 770-1.2. Bu məcəllədə müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir;

- 770-1.3. Müqavilələrdə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər;

- 770-1.3.1. torpaq-qazma işlərinin başlanılmasından sonra-müqavilə məbləğinin 30 faizi;

Hadise heyran qaldığı yaraşıqlı iştirakçıya verdiyi sözə əməl etdi  VİDEO like
  • 15 Dek 17:56  
Dünya Hadise heyran qaldığı yaraşıqlı iştirakçıya verdiyi sözə əməl etdi VİDEO

Hadise yaraşıqlı iştirakçını komandasına daxil etmək üçün verdiyi s

arrow Ətraflı
Qalmaqallı dərmanla bağlı like
  • 15 Dek 17:49  
Digərləri Qalmaqallı dərmanla bağlı

Səhiyyə Nazirliyi bir necə gün bundan əvvəl saxta olduğunu elan etdiyi &q

arrow Ətraflı
Qarabağda yaşayan ermənilərin acınacaqlı sosial vəziyyəti bir qədər də ağırlaşıb like
  • 15 Dek 17:48  
Siyasət Qarabağda yaşayan ermənilərin acınacaqlı sosial vəziyyəti bir qədər də ağırlaşıb

Bölgədə çörəyin və başqa gündəlik tələbat mallarının qiyməti bir

arrow Ətraflı
Əkin yerlərini yandıranlar cərimələnəcək like
  • 15 Dek 17:45  
Digərləri Əkin yerlərini yandıranlar cərimələnəcək

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

arrow Ətraflı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT like
  • 15 Dek 17:45  
Digərləri Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 dekabrdan 8 dövlət orqanı

arrow Ətraflı
İspaniya millisinə dünya çempionatında oynamaq qadağan oluna bilər like
  • 15 Dek 17:44  
İdman İspaniya millisinə dünya çempionatında oynamaq qadağan oluna bilər

FİFA İspaniya millisinin 2018-ci il dünya çempionatında iştirak

arrow Ətraflı
Mərkəzi Bank: "FEDin qərarı manata birbaşa təsir etmir " like
  • 15 Dek 17:41  
Digərləri Mərkəzi Bank: "FEDin qərarı manata birbaşa təsir etmir "

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faizlə bağlı qərarı qısam

arrow Ətraflı
Nazirdən idarə rəhbərlərinə qarşı TƏLƏB like
  • 15 Dek 17:38  
Digərləri Nazirdən idarə rəhbərlərinə qarşı TƏLƏB

Yeni yaradılan regional mədəniyyət və turizm idarələri turizm imkanları

arrow Ətraflı
Azərbaycanda daha bir yeni medal təsis edildi like
  • 15 Dek 17:36  
Digərləri Azərbaycanda daha bir yeni medal təsis edildi

Azərbaycanda daha bir yeni medal təsis edildi.

arrow Ətraflı
84 nəfəri öldürmüş manyak like
  • 15 Dek 17:32  
Digərləri 84 nəfəri öldürmüş manyak

"Hesab"ında 20-dən artıq qətl olan, "Anqara qəssabı" k

arrow Ətraflı
Azərbaycan istehsalı olan döyüş vasitələri və avadanlıqları sınaqdan keçirilib like
  • 15 Dek 17:30  
Siyasət Azərbaycan istehsalı olan döyüş vasitələri və avadanlıqları sınaqdan keçirilib

Taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsi istifadəyə verili

arrow Ətraflı
“Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib like
  • 15 Dek 17:28  
Digərləri “Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib

Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” Bakıdan San Paul

arrow Ətraflı
Oğlu həbsdən çıxan əməkdar artist: like
  • 15 Dek 17:28  
Digərləri Oğlu həbsdən çıxan əməkdar artist:

Əməkdar artist Rəhman Rəhmanovun həbsdə olan oğlu Emil Rəhmanov azadlı

arrow Ətraflı