"Qızım 1 həftə özünə gələ bilmədi" Emil Bədəlov VİDEO FOTO


Şou-biznes 15 Dek 2017 18:08:00 398 0

"Qızım 1 həftə özünə gələ bilmədi"  Emil Bədəlov  VİDEO  FOTO

Son.az bildirir ki, "ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Emil Bədəlov maraqlı açıqlamalar verib.

Müğənni, Röya Ayxanla olan duetindən ağız dolusu danışıb:

"Yeni mahnılar var, duetimiz işıq üzü görəcək. Mahnının söz və musiqisi Aydın Saniyə aiddir. Aranjiman Anar Vəliyevə məxsusdur. Gitara ifası isə qardaşımız İntiza aiddir. Röya xanımın işləri çoxdur. Konsertlər, mahnılar filan çatdıra bilmir. Vaxt tapıb oxuyarıq, işıq üzü görər. Yaxşı mahnıdır".

O, daha sonra bəstəkar Hacı Nazimin yazdığı mahnılardan da söz açıb:

"Hacı Nazimdən gözəl bir mahnı var. O da hit olmalıdır. Mahnının sözləri isə meyxanaçı Cəlilə aiddir. Aranjiman Fərid İmana məxsusdur. Yenə Hacı Nazimdən bir dənə də mahnı var. Həmin mahnının musiqisi Hacı Nazimə, sözləri Cəlilə məxsusdur. Aranjiman isə Namiq Bədəlovundur. Bu mahnı sevgiyə aid olacaq. Biz artıq 10-12 ildir ki, birlikdə pul qazanırıq, aramızda pul söhbəti var. Biz heç vaxt pula tamah salıb, nə bir-birimizin xətrinə dəymişik, nə də haqsızlıq etmişik. İndiyə qədər olmayıb, bundan sonra da olmaz. Təbii ki, dostluq ayrı, iş ayrı. Ancaq işimizdə də, qazancımızda da dostluğumuz böyük rol oynayır".

Müğənni arıqlamağı haqda da açıqlama verib:

"Arıqlamışam? Arıq yaxşıdır da. Çünki yaşlandıqca adam istəyir, cavan görünsün. Mənim yaşımı bilməyən insanlara deyirəm ki, neçə yaş verirsən? Biri deyir, 25, biri deyir, 26. Xoşum gəlir. Biraz kökələn kimi, qarnım çıxır, sifətim yumrulaşır, yaşımı həmin dəqiqə bildirirəm. Arıq ona görə yaxşıdır ki, paltarlar da üzərimdə normal görünür, özünü yüngül hiss edirsən. Bəyəm, hansı qadın və ya kişinin arzusu formada olmaq deyil?


Xəbərə aid foto