Azərbaycan kuboku: "Qəbələ" yarımfinala vəsiqə qazandı


İdman 15 Dek 2017 18:03:00 319 0

Azərbaycan kuboku: "Qəbələ" yarımfinala vəsiqə qazandı

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti cavab oyunu keçirilib. Titula iddialı olan "Qəbələ" səfərdə "Səbail"lə qarşılaşıb. Goal.az xəbər verir ki, ilk oyunda minimal hesabla qalib gələn "qırmızı qaralar" cavab qarşılaşmasında da rəqibindən güclü olub.

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ” - 2:4

Adrian Popoviçi, 16, Elman Taqayev, 78 - Filip Ozobiç, 22, Ruslan Qurbanov, 44, Famussa Kone, 56, Baqali Dabo, 75

İlk oyun: 0:1

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Bakı. “Bayıl Arena”