"Silk Way West Airlines" Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib


Digərləri 15 Dek 2017 17:53:00 297 0

"Silk Way West Airlines" Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib

Azərbaycanın yük aviaşirkəti "Silk Way West Airlines" Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib. Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir "Boeing 747-8F" layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olub.

"Silk Way Airlines" aviaşirkətinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, 36 ton həcmində yük Çin Xalq Respublikasından Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilib.

"Silk Way West Airlines" Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına "Вoeing 747-8F" və "Вoeing 747-400F" təyyarələri daxildir.