12 milyon dolları mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsinə əlavə şahid çağırıldı


Digərləri 15 Dek 2017 17:23:00 252 0

12 milyon dolları mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsinə əlavə şahid çağırıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zabir Əliyev vəsatət qaldırıb. O, bildirib ki, C.Canıyevə pulu verərkən Elman adlı şəxs də yanlarında olub və o, baş verən proseslərdən məlumatlıdır. Ona görə də zərərçəkmiş həmin şəxsin məhkəməyə əlavə şahid kimi çağırılmasını istəyib.

Vəsatət təmin edilib və adıçəkilən şəxsin prosesə çağırılması barədə qərar qəbul edilib.