Mourinyo erməni futbolçunun əvəzinə Mesut Özili istəyir


İdman 15 Dek 2017 17:25:00 282 0

Mourinyo erməni futbolçunun əvəzinə Mesut Özili istəyir

"Manchester United"in baş məşqçisi Joze Mourinyo  Mesut Özilin xidmətində maraqlıdır. Goal.az xəbər verir ki, portuqal mütəxəsis 2018-ci ilin yayında Henrik Mxitaryanı satıb Almaniya millisinin üzvünə etimad göstərmək barədə düşünür. Özil və Mourinyo 2010-13-cü illərdə "Real"da birlikdə çalışıb. İngiltərə mətbuatının məlumatına görə futbolçu da "qırmızı şeytanlar"ın heyətinə qoşulmaq istəyir. Əsas heyətdə yerini itirən Mxitaryanın isə "Borussia Dortmund"a qayıtması və ya "İnter"ə transferi ehtimal olunur.