Xüsusi Dövlət Mühafizə Xidmətinin yubiley medalı təsis edilib


Digərləri 15 Dek 2017 17:15:18 154 0

Xüsusi Dövlət Mühafizə Xidmətinin yubiley medalı təsis edilib

Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik olunub

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yubileyi ilə bağlı medal təsis edilib.

“Report”un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirə olunub.

Layihədə bildirilib ki, "Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.