Seçicilərin məntəqəyə daxil olması ilə bağlı müddəa dəyişdirilib


Digərləri 15 Dek 2017 17:06:05 146 0

Seçicilərin məntəqəyə daxil olması ilə bağlı müddəa dəyişdirilib

Seçki Məcəlləsinə dəyişiklik edilib

Azərbaycanda məntəqə seçki komissiyası üzvünün seçki məntəqəsinin girişində dayanaraq vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlaması ilə bağlı müddəanın qanunvericilikdən çıxarılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, məcəllədən 104.7-ci (Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır) bənd çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.