Seçki Məcəlləsinə dəyişikliklər qəbul edildi


Digərləri 15 Dek 2017 17:03:00 202 0

Seçki Məcəlləsinə dəyişikliklər qəbul edildi

Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə Seçki Məcəlləsinə 55 dəyişiklik təklif edilir.

O qeyd edib ki, dəyişikliklərin böyük əksəriyyəti Azərbaycanda keçirilən son referendumdan sonra Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə bağlıdır.