Avtobusdan düşüb yolu keçmək istəyən 15 yaşlı qızı maşın vurub öldürdü VİDEO FOTO


Digərləri 15 Dek 2017 16:50:00 286 0

Avtobusdan düşüb yolu keçmək istəyən 15 yaşlı qızı maşın vurub öldürdü  VİDEO  FOTO

Bakının Yasamal rayonunda ölümə səbəb olan yol qəzası baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Qanlı göl yaşayış massivində yaşayan 15 yaşlı Sevinc Məmmədova avtobusdan düşüb magistral yolu keçmək istəyən zaman onu Hunday markalı avtomobil vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb. Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Maşın isə cərimə meydançasına yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qeyd olunan yolda tez-tez piyada vurma hadisələri baş verir.


Xəbərə aid fotolar