ABŞın Ukraynaya hansı silahları göndərəcəyi məlum oldu


Dünya 15 Dek 2017 16:55:00 274 0

ABŞın Ukraynaya hansı silahları göndərəcəyi məlum oldu

Ukraynanın Xalq Cəbhəsi Partiyasından olan deputat Dmitri Tımçuk ABŞ-ın Kiyevə hansı silahları tədarük edəcəyini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, D.Tımçuk bunun hava hücumuna qarşı müdafiə radarları və radiolokasiya sistemləri, eləcə də Hərbi Dəniz Qüvvələri üçün üzmə vasitələri olduğunu deyib.

Onun sözlərinə görə, silah tədarükündə məqsəd Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirməkdir.