Seçki Məcəlləsinə dəyişikliklər qəbul edildi


Digərləri 15 Dek 2017 16:53:00 224 0

Seçki Məcəlləsinə dəyişikliklər qəbul edildi

Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib. Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə Seçki Məcəlləsinə 55 dəyişiklik təklif edilir. O qeyd edib ki, dəyişikliklərin böyük əksəriyyəti Azərbaycanda keçirilən son referendumdan sonra Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə bağlıdır. Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin