UNICEF Azərbaycanda inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsini alqışlayır


Digərləri 15 Dek 2017 16:56:00 193 0

UNICEF Azərbaycanda inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsini alqışlayır

UNICEF Prezident İlham Əliyev tərəfindən "2018-2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini alqışlayır.

Bakı. UNICEF Prezident İlham Əliyev tərəfindən "2018-2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsini alqışlayır. Bu barədə Trend-ə təşkilatdan bildirilib. UNICEF qeyd edir ki, Dövlət Proqramı ölkədəki hər bir uşağın təhsil və öyrənmə imkanı ilə təmin edilməsi istiqamətində mühüm addımdır. Belə ki, Dövlət Proqramında əlilliyi olan uşaqların əsas təhsil müəssisələri və sinif otaqlarına çıxışını təmin etməyi nəzərdə tutan tələblər, eləcə də müəllimlərin hazırlanması və təlim-tədris resurslarına sərmayənin qoyulması, əlilliyi olan uşaqlar üzrə disaqreqasiya edilmiş (parçalanmış) məlumatın hazırlanması və əlilliyi olan uşaqların əsas təhsilə çıxış hüquqlarına dair ictimai məlumatlılıq səviyyəsini yüksəltmək məqsədi daşıyan təşəbbüslər təyin edilir. UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib: “Azərbaycan regionda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanı ratifikasiya etmiş ilk ölkələrdən biri olub. Yeni Dövlət Proqramının imzalanması əlilliyi olan uşaqların hüquqlarının təmin edilməsi istiqamətində ölkənin qətiyyətini nümayiş etdirir”.