Xətaidə iki ev yandı


Digərləri 15 Dek 2017 16:38:00 253 0

Xətaidə iki ev yandı

Xətaidə yanğın nəticəsində iki ev yanıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 85 kv.m olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində 1 ədəd pəncərə çərçivəsi yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.