Goranboyun 3 yaşayış məntəqəsinə içməli su verilib (FOTO)


Digərləri 15 Dek 2017 16:34:00 261 0

Goranboyun 3 yaşayış məntəqəsinə içməli su verilib (FOTO)

Goranboyun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Bakı. Goranboyun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Goranboy rayonunun Veyisli kəndində açılış mərasimi keçirilib. Qurumun sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində indiyə qədər 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu diqqətə çatdırıb.