Keçmiş iqtisadi inkişaf nazirinə HÖKM OXUNDU


Dünya 15 Dek 2017 16:19:00 277 0

Keçmiş iqtisadi inkişaf nazirinə HÖKM OXUNDU

Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə hökm oxunub.

Son.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Zamoskvoretskiy Məhkəməsi keçmiş naziri 2 milyon avro dəyərində rüşvət almaqda təqsirli bilib.

Məhkəmə onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

O, məhkəmə zalında həbs olunub.