Ərdoğan Trampın Qüds qərarının ləğvi üçün atılacaq addımı açıqladı


Digərləri 15 Dek 2017 16:15:00 186 0

Ərdoğan Trampın Qüds qərarının ləğvi üçün atılacaq addımı açıqladı

Türkiyə Donald Trampın Qüdslə bağlı qərarının dəyişməsi üçün əlindən gələni edəcək

Bakı. Türkiyə Donald Trampın Qüdslə bağlı qərarının dəyişməsi üçün əlindən gələni edəcək. Trend-in məlumatına görə, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib. R.T.Ərdoğan qərarın ləğvi üçün atılacaq addımı da açıqlayıb. Türkiyəli lider bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.