Qüdsdə etiraz aksiyası başladı


Dünya 15 Dek 2017 16:05:00 259 0

Qüdsdə etiraz aksiyası başladı

Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında toqquşma başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əl-Əqsa məscidindən qayıdan sakinlər ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınmasına etiraz olaraq aksiyaya başlayıblar.

Toqquşmaların miqyası böyüdüyündən, bölgəyə atlı polislər yeridilib.

Hazırda aksiya davam edir.