Afrikalı futbolçu "Zirə"dən getdi


İdman 15 Dek 2017 16:08:00 231 0

Afrikalı futbolçu "Zirə"dən getdi

“Zirə” legionerlərindən biri ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, David Manqa qəsəbə klubunu tərk edib. Fransalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib. 28 yaşlı David Manqa Fransanın PSG klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqa "Zirə"yə İsrailin “Hapoel Ashkelon” klubundan keçmişdi. David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.