AŞ PA milli sərhədlər daxilində məcburi yerdəyişmələrlə bağlı müraciət etdi


Dünya 15 Dek 2017 15:42:00 239 0

AŞ PA milli sərhədlər daxilində məcburi yerdəyişmələrlə bağlı müraciət etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsi 18 dekabr - Beynəlxaq Miqrantlar Günü ilə əlaqədər Avropa Şurası üzv ölkələrinə müraciət edib.

Son.az xəbər verir ki, Trend bu barədə AŞ PA-nın rəsmi səhifəsinə istinadən məlumat verir.

AŞ PA komitəsi miqrant, qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətləri və problemlərini gündəmə gətirməyə çağırıb.

Müraciətdə deyilir ki, mühacirlərlə yanaşı, milli sərhədlər daxilində məcburi yerdəyişmələr də vacib məsələdir.