Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir


Digərləri 15 Dek 2017 15:46:27 96 0

Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir

Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir.

Bakı. Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Trend-in məlumatına görə, bunu Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: “Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayır, bir neçə müəssisənin isə təməli qoyulub. Bu, çox gözəl, əlamətdar hadisədir. Bu, bir daha onu göstərir ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması çox düzgün və vaxtında verilmiş qərardır. Bu gün dörd müəssisənin açılışı qeyd olunur, üç müəssisənin isə təməli qoyulub”. İlham Əliyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür: “Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri dövlət tərəfindən icra edilmişdir. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur”. Prezident deyib ki, bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır: “O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın. Bu gün böyük şüşə zavodunun təməli qoyuldu. Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq. Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıbdır. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik. Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik”. Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir: “Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır. Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik”. İlham Əliyev deyib ki, bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir: “Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir. Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq. Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var”. Prezident qeyd edib ki, Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir: “Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik. O ki qaldı, sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq”. Dövlətimizin başçısı əlavə edib: “Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, “ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir. Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir. Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sağ olun”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Təranə Qumral ərindən ayrılır?  FOTO like
  • 15 Dek 15:46  
Şou-biznes Təranə Qumral ərindən ayrılır? FOTO

Təranə Qumral son günlərdə yaşadığı qalmaqallara görə ərini günahla

arrow Ətraflı
Dövlət İqtisad Universitetində TEDxUNEC konfransı keçirilib. like
  • 15 Dek 15:46  
Digərləri Dövlət İqtisad Universitetində TEDxUNEC konfransı keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində növbəti TEDxUNEC konfransı ke

arrow Ətraflı
"Neftçi"nin qış toplanışındakı rəqibləri müəyyənləşib like
  • 15 Dek 15:44  
İdman "Neftçi"nin qış toplanışındakı rəqibləri müəyyənləşib

"Neftçi” futbol komandasının qış fasiləsindəki hazırlı

arrow Ətraflı
Prezident İlham Əliyev: "Biz ili uğurla başa vururuq" like
  • 15 Dek 15:42  
İqtisadiyyat Prezident İlham Əliyev: "Biz ili uğurla başa vururuq"

"Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir"

arrow Ətraflı
AŞ PA milli sərhədlər daxilində məcburi yerdəyişmələrlə bağlı müraciət etdi like
  • 15 Dek 15:42  
Dünya AŞ PA milli sərhədlər daxilində məcburi yerdəyişmələrlə bağlı müraciət etdi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar və

arrow Ətraflı
DİM 38 şəhər və rayonunda monitorinq imtahanları keçirib like
  • 15 Dek 15:39  
Digərləri DİM 38 şəhər və rayonunda monitorinq imtahanları keçirib

Ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər

arrow Ətraflı
Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görüldü  FOTO like
  • 15 Dek 15:37  
Digərləri Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görüldü FOTO

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Şa

arrow Ətraflı
Bakıya yeni avtobuslar gətirildi  FOTO like
  • 15 Dek 15:34  
Digərləri Bakıya yeni avtobuslar gətirildi FOTO

Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilən

arrow Ətraflı
Putin Təhlükəsizlik Şurası üzvlərini iclasa yığır like
  • 15 Dek 15:32  
Dünya Putin Təhlükəsizlik Şurası üzvlərini iclasa yığır

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi

arrow Ətraflı
Peterburqda terror aktının qarşısı alındı like
  • 15 Dek 15:32  
Digərləri Peterburqda terror aktının qarşısı alındı

Sankt-Peterburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməli

arrow Ətraflı
Azərbaycan Türkiyə, Belarus və Qazaxıstanla hava yollarının istismarı üzrə danışıqlar aparıb like
  • 15 Dek 15:30  
Digərləri Azərbaycan Türkiyə, Belarus və Qazaxıstanla hava yollarının istismarı üzrə danışıqlar aparıb

Azərbaycan nümayəndə heyəti İCAO-nun beynəlxalq konfransında iştirak ed

arrow Ətraflı
Əmtəə nişanlarının qiymətləndirilməsinə başlanıldı like
  • 15 Dek 15:28  
Digərləri Əmtəə nişanlarının qiymətləndirilməsinə başlanıldı

"Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsi tə

arrow Ətraflı
"Bayern Munich"in qapıçısı zədədən qayıdıb like
  • 15 Dek 15:26  
İdman "Bayern Munich"in qapıçısı zədədən qayıdıb

"Bayern Munich"in qapıçısı Sven Ulrayxdan yaxşı xəbər var. Goal.az

arrow Ətraflı
Bakıda saxta polkovnik tutuldu like
  • 15 Dek 15:24  
Digərləri Bakıda saxta polkovnik tutuldu

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin k

arrow Ətraflı