Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görüldü FOTO


Digərləri 15 Dek 2017 15:37:00 274 0

Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görüldü  FOTO

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü Şahverdi Babayev Qazaxıstanın müstəqillik günü ilə əlaqədar yüksək fəxri ada layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, soydaşımız Qazaxıstanın ictimai-siaysi həyatında fəal iştirakına, ölkədə sosial inkişafın gücləndirilməsindəki roluna, təbii fəlakətlər zamanı zərər çəkən bölgələrə göstərdiyi maddi dəstəyə və digər xidmətlərinə görə "Qazax xalqının adamı" medalı ilə təltif edilib.

Qeyd edək ki, Almatı şəhərinin Karasay rayonunun fəxri vətəndaşı olan Şahverdi Babayev Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına və Qazaxıstandakı Azərbaycan diasporunun fəaliyyətinə də öz töhfələrini verir. Bu xidmətlərinə görə Ş.Babayev 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.  


Xəbərə aid fotolar