Azərbaycan Türkiyə, Belarus və Qazaxıstanla hava yollarının istismarı üzrə danışıqlar aparıb


Digərləri 15 Dek 2017 15:30:00 213 0

Azərbaycan Türkiyə, Belarus və Qazaxıstanla hava yollarının istismarı üzrə danışıqlar aparıb

Azərbaycan nümayəndə heyəti İCAO-nun beynəlxalq konfransında iştirak edib

Bakı. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) Kolombo şəhərində (Şri-Lanka) hava əlaqəsinə dair çoxtərəfli danışıqların aparılması üzrə 10-cu konfransı keçirilib. Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda ümumilikdə 66 dövlətdən və bir beynəlxalq təşkilatdan 426 nümayəndə iştirak edib. Beş gün ərzində 456 danışıq və müşavirələr keçirilib, görüşlər zamanı 420 ikitərəfli sənəd imzalanıb və paraflanıb. Administrasiyanın direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adaları respublikasından olan nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında hökumətlərarası sazişlərin mətnləri razılaşdırılıb.