Bakıda qadınların çantasını soyğunçuluq edərək ələ keçirən şəxs saxlanılıb (FOTO)


Digərləri 15 Dek 2017 15:34:10 212 0

Bakıda qadınların çantasını soyğunçuluq edərək ələ keçirən şəxs saxlanılıb (FOTO)

Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

Bakı. Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxt sakini olan bir qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini Orxan Nuriyev saxlanılıb.