Bakıda saxta polkovnik tutuldu


Digərləri 15 Dek 2017 15:24:00 241 0

Bakıda saxta polkovnik tutuldu

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.

DİN-dən Son.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib.

Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüququ fakultəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Rizvan Cəfərov saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməkdaşı olmadığı halda həmin orqanın xüsusi geyim forması olub.


Xəbərə aid foto