Əmtəə nişanlarının qiymətləndirilməsinə başlanıldı


Digərləri 15 Dek 2017 15:28:00 282 0

Əmtəə nişanlarının qiymətləndirilməsinə başlanıldı

"Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsi tərəfindən əmtəə nişanlarının qiymətləndirilməsinə başlanılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Əmtəə nişanının qiymətləndirilməsi hansı hallarda faydalıdır?

Nizamnamə kapitalının artırılması zamanı, yəni qeyri-maddi aktiv kimi əmtəə nişanına olan hüquq nizamnamə kapitalını formalaşdıra bilər;

Əmtəə nişanına olan hüququn alqı-satqısı zamanı qiymətin əsaslandırılması məqsədilə; Biznesin bütünlüklə satılması zamanı əmtəə nişanının qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir; Əmtəə nişanından istifadəyə dair lisenziya və françayzinq müqavilələrinin bağlanması zamanı royaltinin dərəcəsini müəyyən etmək məqsədilə;

Saxta mal və xidmət göstərildiyi zaman vurulmuş zərərin əvəzinin müəyyənləşdirilməsi məqsədilə; Müəssisə tərəfindən kredit alınması zamanı əmtəə nişanın girov qoyulması məqsədilə;

Biznesin idarə edilməsi və vergitutmanın optimallaşdırılması məqsədilə. Bu, rəhbərlərə mülkiyyətdən effektiv istifadə etməyə və marketinq qərarları qəbul etməyə kömək edir.