"Bayern Munich"in qapıçısı zədədən qayıdıb


İdman 15 Dek 2017 15:26:00 276 0

"Bayern Munich"in qapıçısı zədədən qayıdıb

"Bayern Munich"in qapıçısı Sven Ulrayxdan yaxşı xəbər var. Goal.az xəbər verir ki, 29 yaşlı qapıçı zədəsini sağaldıb və Bundesliqanın 17-ci turunda "Stuttgart"a qarşı oynaya biləcək. Məlumatı komandanın baş məşqçisi Yupp Haynkes təsdiqləyib. "Bavariya"nın əsas qapıçısı Manuel Noyerin uzun müddətə sıradan çıxmasından sonra Ulrayx komandanın 1 nömrəsinə çevrilib. O, cari mövsümdə 11 oyuna çıxıb. Ulrayxn meydana çıxmadığı son 3 oyunda "Bayern Munich" cəmi 1 qol buraxıb və maksimum nəticə göstərib.