Dələduzluq edən "polkovnik" saxlanılıb (FOTO)


Digərləri 15 Dek 2017 15:20:00 235 0

Dələduzluq edən "polkovnik" saxlanılıb (FOTO)

Özünü hüququ-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə insanları aldadan şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Bakı. Özünü hüququ-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə insanları aldadan şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib. Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüququ fakultəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Rizvan Cəfərov saxlanılıb. Saxlanılan zaman onun əynində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməkdaşı olmadığı halda həmin orqanın xüsusi geyim forması olub.