Bakıda marşruta yeni avtobuslar buraxılıb


İqtisadiyyat 15 Dek 2017 14:56:27 217 0

Bakıda marşruta yeni avtobuslar buraxılıb

Növbəti il üçün 85 ədəd avtobusun alınaraq paytaxta gətirilməsi nəzərdə tutulub

Bakı şəhərinin marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində paytaxta yeni nəqliyyat vasitələri gətirilib. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı BNA-nın müvafiq normaitv-hüquqi aktlarına əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur: "Euro-5" standartına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslərin eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb".

Qeyd edək ki, 2017-ci ildə “Çinar Trans” MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BNA-nın müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən, gələn ilin birinci yarsında paytaxta daha 350 nəqliyyat vasitəsi gətiriləcək. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən şəhərin mərkəzi hissəsində istismar ediləcək. Yeni avtobusların nağdsız ödəniş sisteminə keçirilməsinə gəlincə bildirildi ki, bu gələn ilin birinci yarsınadək mümkün olacaq. Ümumilikdə isə həmin müddətə qədər 700 avtobusda bu sistemin tətbiqi nəzərdə tutulur.