"Neftçi"nin futbolçusu cəzalı duruma düşdü


İdman 15 Dek 2017 15:06:00 263 0

"Neftçi"nin futbolçusu cəzalı duruma düşdü

"Neftçi"nin kapitanı Ruslan Abışov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununu buraxacaq. Goal.az xəbər verir ki, təcrübəli oyunçu “Zirə” ilə 1/4 final mərhələsinin cavab görüşündə cəzalı duruma düşüb. Matçın birinci hissəsində sarı vərəqə alan Ruslan bununla da limiti doldurub. O, ilk matçda da xəbərdarlıq aldığı üçün yarımfinalın ilk matçını buraxacaq. "Neftçi" növbəti mərhələdə "Səbail" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq.