"Azərbaycan Dəmir Yolları"nda "Müasir idarəetmə" konfransı keçirilib


Digərləri 15 Dek 2017 15:08:42 224 0

"Azərbaycan Dəmir Yolları"nda "Müasir idarəetmə" konfransı keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin “Müasir idarəetmə” mövzusunda I konfrans keçirilib.

Bakı. Dekabrın 14-15-də “Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin “Müasir idarəetmə” mövzusunda I konfrans keçirilib. QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iki gün davam edən konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib. Konfransı giriş sözü ilə açan Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov qeyd etdi ki, bu, birinci konfransdır. Konfransın əsas məqsədi Həkim-Sanitar Xidmətinin idarəetmə sisteminin dəyişməsi ilə əlaqədar, struktura daxil olan tibb müəssisələrində yaranan suallara cavab olaraq, müasir idarəetmə işləri üzrə maarifləndirmə və tibb müəssisələrinin fəaliyyətinin real vəziyyətinin təhlilidir.