Röyanın şəriki azadlığa buraxıldı


Kriminal 15 Dek 2017 14:58:50 257 0

Röyanın şəriki azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən biznes ortağı Səbinə Hüseynovaya hökm oxunub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

S.Hüseynova İlqar Babayevdən 86 min dollar alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. İstintaq dövründə həbs edilmədiyi üçün azadlıqda qalıb. Lakin məhkəmə proseslərinə gəlmədiyi üçün dekabrın 1-də barəsində həbs-qətimkan tədbiri seçilib və polis əməkdaşları tərəfindən həbs edilib.