"Trend" və "Kazinform" arasında yeni əməkdaşlıq memorandumu imzalanıb (FOTO)


Digərləri 15 Dek 2017 14:57:00 257 0

"Trend" və "Kazinform" arasında yeni əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bu gün Bakıda “Trend” Beynəlxalq İnformasiya Agentliyi və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.

Bakı. Bu gün Bakıda “Trend” Beynəlxalq İnformasiya Agentliyi və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi arasında yeni əməkdaşlıq memorandumu imzalanıb. Trend-in məlumatına görə, memorandum məlumat mübadiləsi sahəsində peşəkar əməkdaşlığın möhkəmləndirilməsini, dostluq münasibətlərinin qurulmasını və KİV sahəsində səmərəli əməkdaşlığı nəzərdə tutur. Sənədi “Trend”in və “Kazinform”un baş redaktorları İlahə Məmmədli və Bibinor Tanelbayeva imzalayıblar. “Trend”in baş redaktoru İ.Məmmədlinin sözlərinə görə, bu memorandumun imzalanması Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən məlumat mübadiləsi və iki ölkənin jurnalist ictimaiyyətləri arasında qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etməsinin işarəsidir.