Bakıya yeni avtobuslar gətirilib (FOTO)


Digərləri 15 Dek 2017 14:57:00 206 0

Bakıya yeni avtobuslar gətirilib (FOTO)

Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.

Bakı. Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, “Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus Agentliyin sərnişindaşıma ilə bağlı müvafiq hüquqi normaitv aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. "Avro 5" standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.