Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs ələ keçdi FOTO


Kriminal 15 Dek 2017 14:49:29 252 0

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs ələ keçdi  FOTO

Bakıda qadınların çantasını soyğunçuluq edərək ələ keçirən şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

Belə ki, paytaxt sakini olan bir qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini Orxan Nuriyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü aşılıb. Belə ki, araşdırmalarla müəyyən edilib ki, O.Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının da içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb.


Xəbərə aid fotolar